...

Bu da irqçiliyin nəticəsi: 5 il stadiona buraxılmayacaq

İdman Materials 22 İyul 2015 17:16 (UTC +04:00)
“Çelsi”nin azarkeşi Riçard Barkli 5 il ərzində futbol matçlarını stadiondan izləyə bilməyəcək.
Bu da irqçiliyin nəticəsi: 5 il stadiona buraxılmayacaq

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 22 iyul /Trend/

"Çelsi"nin azarkeşi Riçard Barkli 5 il ərzində futbol matçlarını stadiondan izləyə bilməyəcək.

Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə London məhkəməsi qərar verib.

Buna səbəb 50 yaşlı azarkeşin bu ilin fevralında Paris metrosunda irqçi hərəkətlərə yol verməsidir. Həmin vaxt londonlu azarkeşlər qaradərili kişini qatara buraxmamışdılar.

Qeyd edək ki, həmin vaxt "Çelsi" Çempionlar Liqasının 1/8 final mərhələsində PSJ ilə 1:1 hesablı heç-heçəyə nail olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti