...

Güləşçilərimiz erməni rəqiblərinə qarşı amansız olub (VİDEO)

İdman Materials 18 Avqust 2015 18:52 (UTC +04:00)
Gənclər arasında Dünya çempionatında güləşçilərimiz qarşılaşdıqları bütün erməni rəqiblərini məğlub ediblər.
Güləşçilərimiz erməni rəqiblərinə qarşı amansız olub (VİDEO)

Azərbaycan, Bakı, 18 avqust /Trend, müxbir İlkin İzzət/

Gənclər arasında Dünya çempionatında güləşçilərimiz qarşılaşdıqları bütün erməni rəqiblərini məğlub ediblər.

Azərbaycan Güləş Federasiyasından (AGF) Trend-ə verilən məlumata görə, Braziliyanın Salvador da Bahiya şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatında ümumilikdə, 7 qızıl, 4 gümüş və 3 bürünc medal qazanan yığma komandamızın hər biri xal hesabında Dünya çempionatını ikinci sırada tamamlayıb. Qızıl medalların sayına görə, bütün komandaları qabaqlayaraq dünya birincisi olan gənc sərbəst güləşçilərimiz idman tariximizdə yeni bir səhifə yazıb.

Güləşçilərimiz çempionatda erməni rəqiblərinə qarşı da tam üstünlük nümayiş etdirib.

Yunan-Roma

55 kq 1/2 final - Slavik Qalstyan (ARM) - Murad Məmmədov 0:8

60 kq 1/8 final - Taron Dumoyan (ARM) - Kərim Cəfərov 0:9

66 kq 1/4 final - Karen Aslanyan (ARM) - Ruhin Mikayılov 3:8

Sərbəst güləş

50 kq Bürünc medal görüşü - Razmik Misakyan (ARM) - Arif Hüseynov 2:4

60 kq 1/16 final - Qaqik Akulyan (ARM) - Cahid Həsənzadə 0:10

Məqalədə:
Xəbər lenti

Xəbər lenti