...

Millimiz Slovakiyaya qalib gəldi

İdman Materials 15 Sentyabr 2015 22:56 (UTC +04:00)
Bu gün futzal üzrə "Avro-2016"nın pley-off mərhələsinin oyunlarına start verilib
Millimiz Slovakiyaya qalib gəldi

Azərbaycan, Bakı, 15 sentyabr /Trend/

Bu gün futzal üzrə "Avro-2016"nın pley-off mərhələsinin oyunlarına start verilib.

Trend-in məlumatına görə, Azərbaycan milli komandası bu gün ilk matçına çıxıb.

Yığmamız doğma azarkeşləri önündə Slovakiyanı sınağa çəkib. Bakı İdman Sarayında keçirilən oyun millimizin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması bir həftə sonra Slovakiyada keçiriləcək.

Əlavə edək ki, pley-off mərhələsinin digər cütlüklərində Rumıniya evdə Macarıstanla, Çexiya Belarusla və Bosniya və Hersoqovina Qazaxıstanla qarşılaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti