Bakı. Trend:
Bu gün Qol.az saytının fəaliyyətə başlamasından 7 il ötür.
Düz 7 il əvvəl, 2008-ci il noyabrın 17-də Qol.Az idman-xəbər saytı oxucularla görüşə gəlib və qısa bir zamanda Azərbaycanın idman mətbuatında böyük populyarlıq qazanıb.
Qol.az son 7 ildə Azərbaycanın ən çox oxunan idman saytlarından birinə çevrilib. Sayt 2013-cü ildə Mətbuat Şurasının üzvlüyünə qəbul edilib.
Trend kollektivi ölkənin ən reytinqli idman saytı olan Qol.az-ın kollektivini təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayır.