...

Azərbaycanlı kikboksçu “Glory World Series” turnirinin qalibi olub (FOTO)

İdman Materials 5 Dekabr 2015 16:10 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanı və "Qəbələ" idman klubunu beynəlxalq arenada uğurla təmsil edən kikboksçumuz Pərviz Abdullayev ölkə tarixində ilk dəfə olaraq bu idman növü üzrə ən mötəbər yarış hesab olunan "Glory World Series"də rinqə çıxıb və qələbə qazanıb.

Trend-in məlumatına görə, Hollandiyanın paytaxtı Amsterdamda keçirilən döyüşdə Pərviz Abdullayev mərakeşli Aziz Kallahla üz-üzə gəlib. Üç raund davam edən qarşılaşmanın sonunda hakimlər yekdilliklə döyüşü üstün keçirən Pərviz Abdullayevin xeyrinə qərar veriblər.

Beşqat dünya çempionu olan Pərviz Abdullayev 45 peşəkar döyüş keçirib və 41 dəfə qalib gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti