Bakı. Trend:
"Bakı" futbol klubunun 6 xalı silinib.
Trend AFFA-nın saytına istinadən məlumat verir ki, FIFA 11.01.2016-cı il tarixində AFFA-ya məktub ünvanlayaraq ali futbol qurumunun Nizam-İntizam Komitəsinin "Bakı" klubu haqqında qərar qəbul etdiyini bildirib. Belə ki, "Bakı" klubu ilə həmin klubda çıxış etmiş futbolçu Adnane Barakat arasında bağlanmış müqavilə şərtlərinə klubun riayət etməməsi səbəbindən klubun cari mövsüm aktivindən 6 xal silinməsi göstərilib.
Yuxarıda göstərilənləri nəzərə alaraq, AFFA-nın İntizam Komitəsi Azərbaycan birinci divizion yarışlarında "Bakı" FK-nın cari mövsüm aktivindən 6 xal silinməsi haqqında qərar qəbul edib.