...

Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Bakıya gəlir

İdman Materials 28 Yanvar 2016 17:18 (UTC +04:00)
Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Ser Filip Kreven Azərbaycan Milli Paralimpiya Komitəsinin 20 illik yubileyi tədbirlərində iştirak etmək üçün 7-10 fevral tarixlərində Bakıda səfərdə olacaq.
Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Bakıya gəlir

Bakı. Trend:

Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Ser Filip Kreven Azərbaycan Milli Paralimpiya Komitəsinin 20 illik yubileyi tədbirlərində iştirak etmək üçün 7-10 fevral tarixlərində Bakıda səfərdə olacaq.

Trend-in məlumatına görə, onu beynəlxalq paralimpiya hərəkatının 7 nəfər görkəmli şəxsindən biri, Paralimpik Ordeninin mükafatçısı, Böyük Britaniya Paralimpiya Assosiyasiyasının fəxri vitse-prezidenti Entoni Seynsburi müşayiət edəcək. Səfər müddətində Ser F.Kreven yubiley tədbirlərində iştirak etməklə yanaşı, bir sıra rəsmi görüşlər də keçirəcək. O, Milli Paralimpiya Komitəsinin və Uşaq Paralimpiya Komitəsinin idmançıları və məşqçi heyəti ilə də görüşəcək.

Qeyd edək ki, Ser F.Kreven 2001-ci ildən Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti, 2003-cü ildən Beynəlxalq Olimpiya Komitəsinin üzvü və Benəlxalq "Ədalətli Oyunlar" Komitəsinin administrativ üzvüdür. O, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığın fəxri cəngavər-bakalavrıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti