...

Rəsul Çunayev olimpiadaya vəsiqəni erməni rəqibinə 68 saniyəyə qalib gəlməklə qazandı (VİDEO)

İdman Materials 6 May 2016 18:45 (UTC +04:00)
Türkiyənin İstanbul şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən II Dünya təsnifat turniri keçirilir.
Rəsul Çunayev olimpiadaya vəsiqəni erməni rəqibinə 68 saniyəyə qalib gəlməklə qazandı (VİDEO)

Bakı. Trend:

Türkiyənin İstanbul şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən II Dünya təsnifat turniri keçirilir.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, yarışlarda finala yüksələn hər bir güləşçi həm də Olimpiadaya vəsiqəni təmin edir. İlk yarış günündə yunan-Roma güləşçiləri mübarizə aparıb.

66 kq çəkidə mübarizə aparan Rəsul Çunayev yarışa 1/16 final mərhələsindən başlayıb. İlk görüşdə xorvatiyalı Dominik Etlingeri 19 saniyədə tam üstünlüklə məğlub edən pəhləvanımız ardınca Belarusdan Pavel Liax və Polşadan David Kareçinski ilə gərgin keçən qarşılaşmalardan da qalib ayrılıb. Yarımfinalda Fransa təmsilçisi erməni əsilli Artak Marqaryan üzərində 68 saniyə ərzində qələbə qazanan Rəsul Çunayev finala yüksələrək Rio Olimpiadasına vəsiqəni təmin edib. Bu, güləşçilərimizin Rio-de Janeyro Olimpiya Oyunlarına qazandığı 14-cü vəsiqədir.

Final görüşündə güləşçimizin rəqibi Qırğızıstandan Ruslan Tsarev olacaq.

Final görüşləri Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

66 kq
1/16 final - Dominik Etlinger (Xorvatiya) - Rəsul Çunayev 0:4 tuşe (19 saniyə)
1/8 final - Rəsul Çunayev - Pavel Liax (Belarus) 9:7
1/4 final - David Kareçinski (Polşa) - Rəsul Çunayev 1:6
1/2 final - Rəsul Çunayev - Artak Marqaryan (Fransa) 8:0 (68 saniyə)
FİNAL - Ruslan Tsarev (Qırğızıstan) - Rəsul Çunayev

98 kq
1/8 final - Daniel Gastl (Avstriya) - Şalva Qadabadze 0:2
1/4 final - Şalva Qadabadze - Feliks Baldauf (Norveç)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti