Bakı. Trend:
Rusiyalı futbolçu Roman Petroviç Noyştadter Türkiyənin "Fənərbağça" klubu ilə müqavilə imzalayıb.
Trend-in klubun saytına istinadən verdiyi məlumata görə, müqavilənin müddəti 3 ildir.
Xatırladaq ki, 28 yaşlı yarımmüdafiəçi Almaniyanın "Mayns", "Borussiya" (Mönhenqladbax) və "Şalke" klublarında (ötən mövsüm) çıxış edib.