...

Azərbaycanlı cüdoçu Rio-da yarımfinala çıxdı (YENİLƏNİB 3)

İdman Materials 11 Avqust 2016 19:20 (UTC +04:00)
Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında 100 kq çəki dərəcəsində yarışan Azərbaycan cüdoçusu Elmar Qasımov yarımfinala çıxıb.
Azərbaycanlı cüdoçu Rio-da yarımfinala çıxdı (YENİLƏNİB 3)

Bakı. Trend:

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında 100 kq çəki dərəcəsində yarışan Azərbaycan cüdoçusu Elmar Qasımov yarımfinala çıxıb.

Cüdoçumuz 1/4 final mərhələsində Misir idmançısı Ramadan Darvişi məğlub edib.

Yarımfinalda onun rəqibi Ukrayna idmançısı Artyom Bloşenko olacaq.

x x x

100 kq çəki dərəcəsində yarışan Azərbaycan cüdoçusu Elmar Qasımov Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında 1/4 finala çıxıb.

1/8 final mərhələsində E.Qasımov Əlcəzair idmançısı Lyes Bouyakouba qalib gəlib.

Həmyerlimizin növbəti rəqibi Misir idmançısı Ramadan Darviş olacaq.

x x x

100 kq çəki dərəcəsində yarışan Azərbaycan cüdoçusu Elmar Qasımov Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında 1/8 finala çıxıb.

Trend-in məlumatına görə, 1/16 final mərhələsində E.Qasımov Rusiyadan olan Olimpiya çempionu Tahir Xaybulayevə qalib gəlib.

Qeyd edək ki, 5-21 avqust tarixlərində Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunları keçirilir. Azərbaycan oyunlarda 56 idmançı ilə 17 idman növündə təmsil olunur.

Müstəqil Azərbaycan üçün Rio Olimpiadası sayca 7-ci Yay Olimpiya Oyunlarıdır. Azərbaycan Olimpiya hərəkatı tarixində ilk dəfə rekord sayda - 56 idmançı ilə təmsil olunur. Buna gədər Azərbaycanın rekord göstəricisi London Olimpiadasında qeydə alınmışdı - 53 idmançı. Bundan başqa, Azərbaycan Rio-de-Janeyro Olimpiadasında ilk dəfə 4 idman növü - kamandan oxatma, kanoe slalom, trek velosipedi və triatlon üzrə təmsil olunur.

Azərbaycanı Rio Olimpiadasında 7 hakim də təmsil edir - Aydın Ağaəliyev (gimnastika), Lyudmila Quliyeva (akademik avarçəkmə, kanoe slalom, kanoe sprint), Ramil Vəliyev (cüdo), Rauf Əliyev (sərbət güləş), Hicran Şərifov, Vüqar Vəliyev (hər ikisi yunan-Roma güləşi), Zaur Abdullayev (boks).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti