...

Elmar Qasımov: Yarımfinaldan sonra fasilənin az olması yorğunluğu atmağa imkan vermədi

İdman Materials 12 Avqust 2016 10:02 (UTC +04:00)
Azərbaycana Rio-2016 Olimpiadasında ikinci gümüş medalı qazandıran cüdoçumuz Elmar Qasımov finalda qələbə qazana bilməməsinin səbəbini açıqlayıb.
Elmar Qasımov: Yarımfinaldan sonra fasilənin az olması yorğunluğu atmağa imkan vermədi

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycana Rio-2016 Olimpiadasında ikinci gümüş medalı qazandıran cüdoçumuz Elmar Qasımov finalda qələbə qazana bilməməsinin səbəbini açıqlayıb.

Trend-in məlumatına görə, Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovaya müsahibəsində E.Qasımov bildirib ki, yarımfinalda ukraynalı rəqibi ilə mübarizədə çox güc sərf edib: “Bura gələndə bir az yorğunluq var idi. İki həftə qalıb bir az istirahət etdik. Yarışa tam hazır vəziyyətdə çıxmışdım. Fiziki və texniki hazırlığım normal idi. Yarımfinalda ukraynalı rəqibimə qarşı görüşdə çox güc sərf etdim. Ukrayna idmançısı üstümə var gücü ilə gəldi. Bilirdi ki, 2-3 dəqiqəyə nə xal qazandı, elə saxlaya bilər. O görüşə qədər hər şey yaxşı idi, o görüş hər şeyi pozdu”.

Azərbaycan Rio Olimpiadasında ikinci gümüş medalını qazanıb

Azərbaycan Rio Olimpiadasında ikinci gümüş medalını qazanıb

Finalda məğlub olduğu çexiyalı Lukas Krpaleklə bir neçə dəfə qarşılaşdığını deyən E.Qasımov deyib ki, L.Krpalek Olimpiadaya daha hazırlıqlı gəlmişdi: “Nisbətən gücünü artırıb. Yaş da öz sözünü dedi. Həmçinin, yarımfinaldan sonra fasilə az oldu. Bu da yorğunluğu atmağa imkan vermədi”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti