...

Azərbaycanlı boksçu Rio-da yarımfinalda

İdman Materials 15 Avqust 2016 20:45 (UTC +04:00)
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən boksçu Kamran Şahsuvarlı (75 kq) 1/4 final döyüşünə çıxıb.
Azərbaycanlı boksçu Rio-da yarımfinalda

Bakı. Trend:

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən boksçu Kamran Şahsuvarlı (75 kq) 1/4 final döyüşünə çıxıb.

Trend-in məlumatına görə, gənc idmançının rəqibi Qazaxıstan boksçusu Janıbek Alimxanlı olub.

Görüşü yüksək əzmkarlıqla keçirən K.Şahsuvarlıya ilk raundda hər 3 hakim, ikincidə isə 2-si qələbə verib. Sonuncu raund isə qazaxıstanlı boksçunun üstünlüyü ilə keçsə də, ümumi nəticə dəyişməyib.

Azərbaycan boksçusu yarımfinala yüksələrək, ən azı bürünc medalı təmin edib. Bu, "Rio-2016"da 3-cü, boksda isə ilk medal olub.

K.Şahsuvarlının növbəti mərhələdə rəqibi kubalı Arlen Lopes olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti