...

Azərbaycan kanoe üzrə ilk Olimpiya medalını qazandı (FOTO)

İdman Materials 18 Avqust 2016 16:25 (UTC +04:00)
Braziliyanın Rio-de-Janeyro şəhərində Yay Olimpiya Oyunları davam edir.
Azərbaycan kanoe üzrə ilk Olimpiya medalını qazandı (FOTO)

Bakı. Trend:

Braziliyanın Rio-de-Janeyro şəhərində Yay Olimpiya Oyunları davam edir.

Trend-in məlumatına görə, yarışların 13-cü günündə kanoeçimiz Valentin Demyanenko 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə final yürüşünə qatılıb.

Təmsilçimiz finiş xəttinə 39.49 saniyəyə ikinci çataraq gümüş medal qazanıb. Bu, Azərbaycanın Rio-2016-da 4-cü gümüş medalı, kanoe üzrə isə ilk Olimpiya medalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti