...

Rio-2016 mükafatçımız: Bütün rəqiblər çox güclü idi

İdman Materials 18 Avqust 2016 17:09 (UTC +04:00)
“Təəssüratlarım böyükdür. Yarış gərgin keçdi, bütün rəqiblər çox güclü idi. Belə alındı ki, ikinci yeri qazandım”.
Rio-2016 mükafatçımız: Bütün rəqiblər çox güclü idi

Bakı. Elçin Mehdiyev - Trend:

“Təəssüratlarım böyükdür. Yarış gərgin keçdi, bütün rəqiblər çox güclü idi. Belə alındı ki, ikinci yeri qazandım”.

Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın Trend-ə verdiyi məlumata görə, bunu Rio 2016-da gümüş medal qazanmış kanoeçimiz Valentin Demyanenko deyib.  

İdmançımız qızıl medal qazanmaq niyyətində olduğunu bildirib: “Hər idmançı kimi mən də qızıl medal qazanmaq istəyirdim. Yarışlara tam hazır idim”.

V.Demyanenko gümüş medalı əla nəticə hesab etmir:Gümüş medal mənim üçün əla nəticə deyil. Həyatımın çox hissəsini bu idmanla məşğul olmuşam. Hesab edirəm ki, daha çox çalışmalı, səylərimizi daha da artırmalıyıq”.

Qeyd edək ki, Braziliyanın Rio-de-Janeyro şəhərində Yay Olimpiya Oyunlarının 13-cü günündə kanoeçimiz Valentin Demyanenko 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə final yürüşünə qatılıb. Təmsilçimiz finiş xəttinə 39.49 saniyəyə ikinci çataraq gümüş medal qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti