...

Rio-2016: Taekvondoçumuz bürünc medal qazandı (YENİLƏNİB-3)

İdman Materials 20 Avqust 2016 04:57 (UTC +04:00)
Taekvondoçumuz Milad Beigi Harçeqani yarımfinalda polşalı Pyotr Pazinski üzərində qələbə qazanaraq Olimpiya Oyunlarında bürünc medal əldə edib.
Rio-2016: Taekvondoçumuz bürünc medal qazandı (YENİLƏNİB-3)

Digər görüşün nəticəsi əlavə olunub (ilk xəbər avqustun 19-u saat 17:30-da yayılıb)

Bakı. Trend:

Taekvondoçumuz Milad Beigi Harçeqani yarımfinalda polşalı Pyotr Pazinski üzərində qələbə qazanaraq Olimpiya Oyunlarında bürünc medal əldə edib. 

X X X 

00:32

Taekvondoçumuz Milad Beigi Harçeqani finala gedən yolda britaniyalı Lutalo Muhammadla qarşılaşıb.

Trend-in məlumatına görə, bu dəfə təmsilçimiz qələbə qazana bilməyib – 7:12.

Beləliklə, M.Harçeqani bürünc medal uğrunda mübarizə aparacaq.

X X X

22:58

Azərbaycan taekvondoçusu Milad Beigi Harçeqani ¼ final mərhələsində iranlı Mehdi Xudabəxşi ilə qarşılaşıb.

Trend-in məlumatına görə, təmsilçimiz ikinci görüşündə də inamlı qələbə qazanıb – 17:5.

Beləliklə, taekvondoçumuz yarımfinal mərhələsinə yüksəlib.

M.Harçeqani ½-də Böyük Britaniya idmançısı Lutalo Muhammadla üz-üzə gələcək.

X X X

17:30

Braziliyanın Rio-de-Janeyro şəhərində Yay Olimpiya Oyunları davam edir.

Trend-in məlumatına görə, yarışların 14-cü günündə Azərbaycan taekvondoçusu Milad Beigi Harçeqani mübarizəyə qoşulub.

80 kq çəki dərəcəsində yarışan təmsilçimiz 1/8 final mərhələsində Mali idmançısı İsmael Kulibali ilə qarşılaşıb.

İdmançımız ilk hissədə rəqibindən 4 xal alıb. İkinci hissədə hesab 11:4 M.Harçeqaninin xeyrinə olub. Üçüncü hissədə də rəqibinə aman verməyən taekvondoçumuz növbəti mərhələyə yüksəlib - 13:6.
Təmsilçimizin növbəti mərhələdə rəqibi iranlı Mehdi Xudabəxşi olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti