...

Rio-2016: Azərbaycan boksçusu erməni rəqibini udub finala çıxdı

İdman Materials 19 Avqust 2016 22:04 (UTC +04:00)
Azərbaycan boksçusu Lorenzo Sotomayor Rio-2016-da növbəti döyüşünə çıxıb
Rio-2016: Azərbaycan boksçusu erməni rəqibini udub finala çıxdı

Bakı. Trend:

Azərbaycan boksçusu Lorenzo Sotomayor Rio-2016-da növbəti döyüşünə çıxıb.

Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qələbə qazanaraq yarışın növbəti mərhələsinə keçib.

Trend-in məlumatına görə, 64 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/2 final mərhələsində Almaniyanı təmsil edən Artem Harutyunyanla qarşılaşıb.

Hakimlər qələbəni rəqibindən güclü olan L.Sotomayora veriblər.

Beləliklə, Azərbaycan Olimpiadanın qızıl medalına doğru bir addım da yaxınlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti