...

Hacı Əliyev: Olimpiya Oyunlarında güclü deyil, həm də şanslı qalib gəlir

İdman Materials 20 Avqust 2016 03:07 (UTC +04:00)
Olimpiya Oyunlarında təkcə güclü deyil, həm də şanslı qalib gəlir. Burada güclü idmançılar məğlub olurlar.
Hacı Əliyev: Olimpiya Oyunlarında güclü deyil, həm də şanslı qalib gəlir

Bakı. Trend: 

Olimpiya Oyunlarında təkcə güclü deyil, həm də şanslı qalib gəlir. Burada güclü idmançılar məğlub olurlar.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın Trend-ə verdiyi məlumata görə, bunu Rio-2016-da bürünc medal qazanmış Azərbaycan güləşçisi Hacı Əliyev deyib. 

"Bildiyiniz kimi, mən 12 kiloqram çəki atmışam. Demək olar ki, həyatımı riskə atdım, bəzi problemlər də oldu. Amma şükür Allaha medalsız qalmadım bu Oyunlarda", - deyə Hacı Əliyev bildirib. 

İdmançımız həmçinin qeyd edib ki, sabah Şərif Şərifovdan qızıl medal gözləyir. 

Məqalədə:
Xəbər lenti

Xəbər lenti