...

Azərbaycan Rio-2016-da daha bir medal qazanıb (YENİLƏNİB-3)

İdman Materials 21 Avqust 2016 00:17 (UTC +04:00)
Azərbaycan Rio-2016-da daha bir medal qazanıb (YENİLƏNİB-3)

(Təfərrüatlar əlavə olunub. İlk xəbər avqustun 20-si saat 17:36-da yayılıb)

Bakı. Trend:

Azərbaycanı Rio-2016-da sərbəst güləş yarışlarında təmsil edən Şərif Şərifov bürünc medal uğrunda görüşə çıxıb.

Trend-in məlumatına görə, sonuncu qarşılaşmada venesuelalı Pedro Fransisko Kebalyos Fuenres ilə güləşən təmsilçimiz ilk hissədə rəqibindən cəmi bir xal alıb.

İkinci hissədə də üstün olan (5:1) Ş.Şərifov Olimpiya Oyunlarının bürünc medalını qazanıb.

Bu, Azərbaycanın Rio Olimpiadasında qazandığı 10-cu bürünc medal olub.

X X X

19:15

Finala gedən yolda Şərif Şərifov rusiyalı idmançı Abdulraşid Sadulayevlə görüşüb.

Trend-in məlumatına görə, güləşçimiz bu dəfə güclü rəqibinə məğlub olub - 1:8.

Beləliklə, Ş.Şərifov bürünc medal uğrunda son görüşə çıxacaq.

X X X

18:30

1/4 final mərhələsində polşalı Zbiqnev Mateuş Baranovski ilə güləşən Ş.Şərifov ilk hissədə rəqibindən 3 xal alıb.

Trend-in məlumatına görə, ikinci hissədə də aktiv olan təmsilçimiz yekunda qələbə qazanaraq yarımfinala çıxıb - 7:0.

1/2 finalda Ş.Şərifov Rusiya idmançısı Abdulraşid Sadulayevlə qarşılaşacaq.

X X X

17:36

Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Yay Olimpiya Oyunlarının 15-ci günündə Azərbaycan güləşçisi Şərif Şərifov 86 kq çəki dərəcəsində übarizəyə qoşulub.

1/8 final mərhələsində çinli idmançı Bi Şenqfenqlə qarşılaşan sərbəst güləşçimiz ilk hissədə rəqibindən üstün olub - 4:0.

İkinci hissədə çinli güləşçidən daha 6 xal alan təmsilçimiz təmiz qələbə qazanaraq növbəti mərhələyə yüksəlib - 10:0.

1/4 final mərhələsində Ş.Şərifov polşalı Zbiqnev Mateuş Baranovski ilə güləşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti