...

Rio-2016-da təzələnən rekordlar (FOTO)

İdman Materials 22 Avqust 2016 17:11
Yay Olimpiya Oyunlarında bir sıra rekordlar qeydə alınıb.
Rio-2016-da təzələnən rekordlar (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş Yay Olimpiya Oyunlarında bir sıra rekordlar qeydə alınıb.

Trend-in Milli Olimpiya Komitəsinə istinadən verdiyi məlumata görə, Çin təmsilçisi Lyu Xiaojun kişilərin 77 kq çəki dərəcəsində 177 kq qaldıraraq Olimpiya və dünya rekordunu yeniləyib.

Cənubi Afrika təmsilçisi Uayne van Niekerk kişilərin 400 m məsafəyə qaçışında finiş xəttinə 43.03 saniyəyə çataraq dünya rekordunu təzələyib.

Efiopiya təmsilçisi Almaz Ayana qadınların 10.000 m-lik məsafəyə qaçışında dünya rekordunu qıraraq ölkəsinə ilk qızıl medalı qazandırıb.

İran təmsilçisi Rostami Kianuş ümumilikdə 396 kq qaldıraraq özünün əvvəlki 395 kq-lıq dünya rekordunu təzələyib.

ABŞ təmsilçisi Mörfi Rayan arxası üstə üzgüçülük üzrə özünün London Olimpiya Oyunlarında qırdığı dünya rekordunu təzələyərək qızıl medalı komanda hesabına yazdırıb.

Gürcüstan təmsilçisi Laşa Talaxadze kişilərin 105 kq-da ağırlıq qaldırma yarışlarında ümumilikdə 473 kq qaldıraraq Olimpiya və dünya rekordunu qırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti