...

Paralimpiyaçılarımız Rioya daha 3 lisenziya qazanıblar

İdman Materials 24 Avqust 2016 14:50 (UTC +04:00)
İdman Arbitraj Məhkəməsi Rusiya yığmasının Rio-2016 paralimpiya oyunlarında iştirak etməyəcəyi barədə qərar qəbul edib.
Paralimpiyaçılarımız  Rioya daha 3 lisenziya qazanıblar

Bakı. Trend:

İdman Arbitraj Məhkəməsi Rusiya yığmasının  Rio-2016 paralimpiya oyunlarında iştirak etməyəcəyi barədə qərar qəbul edib.

Azərbaycan Milli Paralimpiya Komitəsindən Trend-ə verilən məlumata görə, məhkəmə Rusiyanın Beynəlxalq Paralimpiya Komitəsinin qərarından şikayətini rədd edib. 

Beləliklə, Rusiya idmançılarının Rio-2016 Paralimpiya Oyunlarına əldə etdikləri 267 lisenziya digər ölkələr arasında bölünüb. 

Milli Paralimpiya Komitəsinin Prezidenti İlqar Rəhimov bildirib ki, ötən gün Beynəlxalq Paralimpiya Komitəsindən onlara rəsmi məlumat daxil olub və paralimpiyaçılarımız Rio-ya əlavə 3 lisenziya qazanıb.

Komitə rəhbərinin sözlərinə görə, lisenziya qazanan paralimpiyaçılarımız cüdo idman növündə Afaq Sultanova və Ramin Əliyev, atletikada Hüseyn Hüseynovdur. A.Sultanova London Paralimpiya Oyunlarının qızıl mükafatçısıdır.

Qeyd edək ki, Rio -2016 paralimpiya oyunlarına 27 paralimpiyaçımız , 6 idman növündə ümumilikdə 44 lesenziya qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti