...

Qarabağ və Qəbələ Avropa Liqasında növbəti görüşlərini keçirəcəklər

İdman Materials 29 Sentyabr 2016 09:10 (UTC +04:00)
Bu gün Qarabağ və Qəbələ futbol klubları UEFA Avropa Liqasının qrup mərhələsində növbəti görüşlərini keçirəcəklər.
Qarabağ və Qəbələ  Avropa Liqasında növbəti görüşlərini keçirəcəklər

Bakı. Trend:

Bu gün Qarabağ və Qəbələ futbol klubları UEFA Avropa Liqasının qrup mərhələsində növbəti görüşlərini keçirəcəklər.

Trend-in məlumatına görə, Qarabağ klubunun rəqibi J qrupunun favoriti sayılan İtaliyanın Fiorentina klubu olacaq. Qarabağ bu oyunu səfərdə keçirəcək.

Qarabağ qrup mərhələsinin ilk oyununu Çexiyanın Slovan Libereç klubuna qarşı Bakıda keçirmişdi. Həmin oyun 2-2 hesabı ilə yekunlaşmışdı.

Qəbələ klubu isə Bakıda Almaniyanın Mayns klubunu qəbul edəcək. Qəbələ qrup mərhələsinin ilk oyunda Belçika səfərinə yollanmışdı. Belçika səfərində Anderlextlə görüşdə Qəbələ 3-1 hesabı ilə məğlub olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti