...

Messinin heykəli hücuma məruz qalıb

İdman Materials 10 Yanvar 2017 13:56 (UTC +04:00)
Argentina milli komandasının və “Barselona”nın hücumçusu Lionel Messinin Buenos-Ayresdəki heykəli hücuma məruz qalıb
Messinin heykəli hücuma məruz qalıb

Bakı. Trend:

Argentina milli komandasının və “Barselona”nın hücumçusu Lionel Messinin Buenos-Ayresdəki heykəli hücuma məruz qalıb. Bu barədə Trend “goal.com” saytına istinadən məlumat verir.

Şəhər rəhbərliyinin məlumatında qeyd olunur ki, hücum nəticəsində heykəlin üst yuxarı hissəsi dağıdılıb. Hazırda onun bərpa olunması üzrə işlər aparılır.

Qeyd edək ki, Messinin bürünc heykəli ötən ilin yayında inşa olunmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti