...

Stolüstü tennisçilərimiz “Çexiya Open” çempionatının qalibi olublar (FOTO)

İdman Materials 10 Fevral 2017 12:53 (UTC +04:00)
“Çexiya Open” çempionatında şəxsi oyunlar artıq başa çatıb.
Stolüstü tennisçilərimiz “Çexiya Open” çempionatının qalibi olublar (FOTO)

Bakı. Trend:

Çexiyanın Xodonin şəhərində keçirilən stolüstü tennis üzrə Beynəlxalq Stolüstü Tennis Federasiyasının reytinq yarışlarına daxil olan “Çexiya Open” çempionatında şəxsi oyunlar artıq başa çatıb.

Azərbaycan Stolüstü Tennis Federasiyasından Trend-ə verilən məlumata görə, 36 ölkədən 300-dən çox idmançının qatıldığı çempionatda oğlan tennisçilərimiz birinci və ikinci yerə sahib olaraq qızıl və gümüş medal qazanıblar.

Qeyd edək ki, tennisçilərimiz dörddə bir finalda Danimarka və yarımfinalda Almaniya idmançısına qalib gələrək finala çıxıblar.

Yarışlar komandalar arasında davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti