...

Hokkey tarixinin ən uzun oyunu (VİDEO)

İdman Materials 13 Mart 2017 13:28 (UTC +04:00)
"Storhamar" və "Sparta" komandaları arasında oyun hokkey tarixində ən uzun matç kimi qeydə alınıb.
Hokkey tarixinin ən uzun oyunu (VİDEO)

Bakı. Trend:

Norveçdə "Storhamar" və "Sparta" komandaları arasında oyun hokkey tarixində ən uzun matç kimi qeydə alınıb.

Trend-in məlumatına görə, qalibi müəyyənləşdirmək üçün komandalar pley-off oyununda 8 dəfə overtaym keçirməyə məcbur olublar. Yerli vaxtla martın 12-si saat 18:00-da başlayan oyun martın 13-ü saat 02:30-da başa çatıb. Matç 217 dəqiqə 14 saniyə davam edib ki, bu da dünya üzrə rekord göstəricidir.

Oyun "Storhamar" klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, bundan əvvəl ən uzun oyun 1936-cı il martın 24-də NHL-də qeydə alınıb. "Detroyt Red Uinqs" və "Monreal Kanadiens" komandaları arasında keçirilmiş pley-off matçı 176 dəqiqə 30 saniyə davam etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti