...

Parataekvondoçularımız Dağıstanda 13 medal qazanıblar (FOTO)

İdman Materials 11 Aprel 2017 13:41 (UTC +04:00)

Bakı. Trend:

Aprelin 7-10-da Dağıstanın Xasavyurd şəhərində parataekvondo idman növü üzrə Rusiya-Azərbaycan beynəlxalq yoldaşlıq görüşü keçirilib.

Azərbaycan Milli Paralimpiya Komitəsindən Trend-ə verilən məlumata görə, bu yarışda 13 nəfər idmançı ilə təmsil olunan komandamız
7 qızıl, 2 gümüş, 4 bürünc medal olmaqla ümumilikdə 13 medal qazanıblar.

Yarışın nəticələrinə görə:

Məmmədov Səlvan (K44) 75 kq – qızıl
Manafov Elimxan (K42) 61 kg – qızıl
İbadov Şəhmir (K41) 61 kq – qızıl
Həmidov Sadiq (K43) 61 kq – qızıl
Müslümov Nicat (K42) 75 kq – qızıl
Polişuk Aleksandr K42 75+kq – qızıl
Məmmədova Aynur (K44) 58+kq – qızıl
Xəlilov İmaməddin (K 44) 61 kq – gümüş
Abuzərli Əbülfəz (K44) 75 kq – gümüş
Adışırınov Vüqar (K44) 75+ kq – bürünc
Həsənov Hüseyn (K44) 75 kq – bürünc
Qəhərmanlı Rövşən (K44) 61 kq – bürünc
Əsəsdov Fərid (K42) 61 kq – bürünc medala laiq görülüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti