...

"Bavariya" ardıcıl 5-ci dəfə Bundesliqanın qalibi oldu

İdman Materials 29 Aprel 2017 22:40 (UTC +04:00)
Münhen "Bavariya"sı Bundesliqanın 31-ci turunda səfərdə "Volfsburq"u 0-6 hesabı ilə darmadağın edərək Almaniya Bundesliqasının ardıcıl 5-ci dəfə qalibi olub
"Bavariya" ardıcıl 5-ci dəfə Bundesliqanın qalibi oldu

Bakı. Trend:

Münhen "Bavariya"sı Bundesliqanın 31-ci turunda səfərdə "Volfsburq"u 0-6 hesabı ilə darmadağın edərək Almaniya Bundesliqasının ardıcıl 5-ci dəfə qalibi olub.

Trend-in məlumatına görə, Bundesliqanın sonuna 3 tur qalmış "Bavariya" (73 xal) ən yaxın izləyicisi olan "Leypsiqi" (63 xal) 10 xal qabaqlayaraq vaxtından əvvəl çempionluğunu təmin edib.

Qeyd edək ki, "Bavariya" turnirin 27-ci dəfə qalibi oldu və bu turnirin rekordu sayılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti