...

Bakı-2017: Millimiz səngər stendi üzrə qarışıq komanda yarışında qalib oldu (YENİLƏNİB)

İdman Materials 15 May 2017 15:15 (UTC +04:00)
Azərbaycanın atıcılıq yığması Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında səngər stendi üzrə qarışıq komanda yarışlarında qalib gəlib.
Bakı-2017: Millimiz səngər stendi üzrə qarışıq komanda yarışında qalib oldu (YENİLƏNİB)

İlk xəbər saat 14:42-də yayılıb

Bakı. Trend:

Azərbaycanın atıcılıq yığması Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında səngər stendi üzrə qarışıq komanda yarışlarında qalib gəlib.

Trend-in məlumatına görə, finalda 43 xal toplayan Əli Hüseynli və Aydan Camalovadan ibarət millimiz türkiyəli rəqiblərinə qalib gələrək qızıl medala yiyələnib.

Üçüncü yeri Qətər komandası tutub.

X X X

14:42

Azərbaycan yığması Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında səngər stendi üzrə qarışıq komanda yarışlarının finalına yüksəlib.

Trend-in məlumatına görə, finalda komandamızın heyətində qızıl medal uğrunda Əli Hüseynli və Aydan Camalova yarışacaq.

Onların rəqibi türkiyəli Oğuzxan Tuzun və Nihan Gürer olacaq.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti