...

Rəsul Çunayev finala vəsiqə qazana bilməyib

İdman Materials 17 May 2017 10:54 (UTC +04:00)
Azərbaycanın yunan-roma güləşçisi Rəsul Çunayev IV İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazana bilməyib.
Rəsul Çunayev  finala vəsiqə qazana bilməyib

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanın yunan-Roma güləşçisi Rəsul Çunayev (71 kq) IV İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazana bilməyib.

Trend-in məlumatına görə, final uğrunda mübarizədə güləşçimizin rəqibi İran təmsilçisi Gerayi Məhəmmədəli olub.

R.Çunayev rəqibinə 6:5 hesabı ilə məğlub olaraq finala vəsiqə qazanmaq şansını itirib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti