...

Rəsul Çunayev İslamiadanı bürünclə başa vurdu

İdman Materials 17 May 2017 18:43 (UTC +04:00)
Rəsul Çunayev (71 kq) IV İslam Həmrəyliyi Oyunlarında bürünc medal uğrunda xalça üzərinə çıxıb.
Rəsul Çunayev İslamiadanı bürünclə başa vurdu

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanın yunan-Roma güləşçisi Rəsul Çunayev (71 kq) IV İslam Həmrəyliyi Oyunlarında bürünc medal uğrunda xalça üzərinə çıxıb.

Trend-in məlumatına görə, bu dəfə güləşçimizin rəqibi Türkiyə təmsilçisi İlker Sönmez olub.

İdmançımız rəqibini 4:1 hesabı ilə məğlub edərək bürünc medala sahib olub.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti