...

Bakı-2017: Azərbaycan güləşçisi FİNALDA

İdman Materials 18 May 2017 11:18 (UTC +04:00)
İslam Abbasov (85 kq) IV İslam Həmrəyliyi Oyunlarında yarımfinalda mübarizəsini davam etdirib.
Bakı-2017: Azərbaycan güləşçisi FİNALDA

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasov (85 kq) IV İslam Həmrəyliyi Oyunlarında yarımfinalda mübarizəsini davam etdirib.

Trend-in məlumatına görə, final uğrunda mübarizədə idmançımızın rəqibi Qırğızıstan güləşçisi Azat Beishbekov olub.

Güləşçimiz rəqibini 3:1 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti