...

"Neftçi" 2 futbolçu ilə transferi rəsmiləşdirdi

İdman Materials 13 İyun 2017 13:48 (UTC +04:00)
"Neftçi” PFK iki futbolçu ilə transferi rəsmiləşdirib.
"Neftçi" 2 futbolçu ilə transferi rəsmiləşdirdi

Bakı. Trend:

"Neftçi” PFK iki futbolçu ilə transferi rəsmiləşdirib.

Trend klubun saytına istinadən məlumat verir ki, müdafiəçi Məhəmməd Mirzəbəyov və qapıçı Rəşad Əzizli ilə müqavilə imzalanıb.

26 yaşlı M.Mirzəbəyov 2015-ci ildən etibarən Azərbaycan milli komandasının heyətində 15 oyun keçirib. 2011-2013-cü illərdə "Neftçi”də çıxış etmiş 23 yaşlı R.Əzizli isə 15, 17, 19 və 21 yaşadək yığma komandalarımızın üzvü olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti