...

İrlandiyalı qonaq: Ötən il "Formula 1"ə baxanda Azərbaycana gəlmək qərarı verdim

İdman Materials 25 İyun 2017 16:39 (UTC +04:00)
“Bu mənim Azərbaycana birinci səfərimdir. Formula 1-ə tamaşa etmək üçün gəlmişəm. Ötən il Bakıda keçirilən Formula 1-ə televiziyada baxdım, çox bəyəndim və Azərbaycana gəlmək qərarı verdim”
İrlandiyalı qonaq: Ötən il "Formula 1"ə baxanda Azərbaycana gəlmək qərarı verdim

Bakı. Elçin Mehdiyev – Trend:

“Bu mənim Azərbaycana birinci səfərimdir. "Formula 1"ə tamaşa etmək üçün gəlmişəm. Ötən il Bakıda keçirilən Formula 1-ə televiziyada baxdım, çox bəyəndim və Azərbaycana gəlmək qərarı verdim”. Bunu Trend-ə irlandiyalı qonaq Stiv Nolan deyib.

S.Nolan "Formula 1" yarışmasının təşkilatçılıq səviyyəsindən çox razı qaldığını bildirib: “Formula 1 yüksək səviyyədə təşkil edilib, tamaşaçılar üçün hər şey çox rahatdır”.

İrlandiyalı qonaq Bakını çox bəyəndiyini bildirib: “Bakı çox gözəl şəhərdir, burada möhtəşəm arxitekturaya malik gözəl binalar var, İçəri Şəhər insana xüsusi zövq verir. Azərbaycan xalqı çox mehriban və səmimidir. Mən öz ölkəmə geri dönəndə dostlarıma Bakı haqqında danışacam, onlara Bakının səfər üçün gözəl məkan olduğunu deyəcəm və bu gözəl şəhəri gəlib görməyi tövsiyə edəcəm”.

Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi – Azərbaycan Qran-Prisinə start verilib. İyunun 25-də Formula 1 – Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti