...

"İnter" və "Zirə" cavab oyununa çıxır

İdman Materials 6 İyul 2017 10:41 (UTC +04:00)
Bu gün UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində mübarizə aparan "İnter" və "Zirə" cavab oyununu keçirəcəklər.
"İnter" və "Zirə" cavab oyununa çıxır

Bakı. Trend:

Bu gün UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində mübarizə aparan "İnter" və "Zirə" cavab oyununu keçirəcəklər.

Trend-in məlumatına görə, “İnter” “Mladost”u qəbul edəcək, "Zirə" isə “Differdanj”ın qonağı olacaq. Hər iki oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

“İnter” – “Mladost” (Serbiya)
İlk oyun: 3:0
6 iyul. Dalğa Arena. Saat 21:00
Baş hakim: Mikola Balakin
Baş hakimin köməkçiləri: Volodimir Volodin, Oleksandr Korniyko
Dördüncü hakim: Anatoli Jabçenko
(Hakimlər briqadası Ukraynadandır)
UEFA nümayəndəsi: Sergiu Lisniç (Moldova)
Hakim-inspektor: Robert Malek (Polşa)

“Differdanj” (Lüksemburq) – “Zirə”
İlk oyun: 0:2
6 iyul. "Stade Municipal de Differdange". Saat 21:00
Baş hakim: Boris Marhefka
Baş hakimin köməkçiləri: Tomaş Vorel, Jan Pozor
Dördüncü hakim: Pavol Xmura
(Hamısı Slovakiyadandır)
UEFA nümayəndəsi: Marton Esterhazi (Macarıstan)
Hakim-inspektor: İçko Lozev (Bolqarıstan)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti