Bakı. Trend:
Azərbaycan futbol klublarının gəlirləri azalıb.
Trend-in məlumatına görə, bu barədə AFFA-nın Lisenziyalaşdırma qrupunun növbəti illik hesabatında deyilir.
Qeyd olunur ki, ötən mövsüm Premyer Liqa klublarında çalışan azərbaycanlı məşqçilərin sayı 94%-dan 93%-dək azalıb.
Premyer Liqa klublarının nəzdində çıxış edən qızlar komandalarının sayı 5-dən 6-ya yüksəlib, uşaq-gənclər komandalarının sayı isə 8% azalıb.
Klubarın ümumi gəlirləri 21%, xərcləri 31% artıb.
Premyer Liqa matçlarına bilet satışından olan ümumi gəlir (-80%), UEFA-nın yarışları üzrə isə (-52%) azalıb.