...

Kamran Şahsuvarlı boks üzrə dünya çempionatının bürünc medalına sahib olub

İdman Materials 1 Sentyabr 2017 02:53 (UTC +04:00)
Almaniyanın Hamburq şəhərində kişi boksçular arasında dünya çempionatının yarımfinal mərhələsinə start verilib
Kamran Şahsuvarlı boks üzrə dünya çempionatının bürünc medalına sahib olub

Bakı. Trend:

Almaniyanın Hamburq şəhərində kişi boksçular arasında dünya çempionatının yarımfinal mərhələsinə start verilib. Bu mərhələ üzrə yarışların birinci günündə Azərbaycan millisinin üzvü Kamran Şahsuvarlı rinqə çıxıb.

Azərbaycan Boks Federasiyasından Trend-ə verilən məlumata görə, 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Olimpiya mükafatçımız finala gedən yolda qazaxıstanlı Abilxan Amankul ilə qarşılaşıb. Döyüş Şahsuvarlı üçün uğurlu alınmayıb. O, 1:4 (28:29, 29:28, 27:30, 27:30, 28:29) hesabı ilə məğlub olaraq, mundialı bürünc medalla başa vurub.

Yığmamızın digər üzvü Məhəmmədrəsul Məcidov (+91 kq) yarımfinal döyüşünə sentyabrın 1-də çıxacaq. O, avstraliyalı Jozef Qudelli sınağa çəkəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti