...

Millimiz San-Marinonu darmadağın etdi (VİDEO)

İdman Materials 4 Sentyabr 2017 21:52 (UTC +04:00)
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi San-Marino yığmasını qəbul edib
Millimiz San-Marinonu darmadağın etdi (VİDEO)

Bakı. Trend:

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi San-Marino yığmasını qəbul edib.

Trend-in məlumatına görə, oyunda ilk qolu meydan sahibləri vurublar. Oyunun 20-ci dəqiqəsində Əfran İsmayılov hesabı açıb. 5 dəqiqə sonra Araz Abdullayev millimizin ikinci qolunu vurub.

57-ci dəqiqədə Əfran İsmayılov dubl edib - 3-0. Oyunun 71-ci dəqiqəsində qonaqların oyunçusu Mişel Kevoli avtoqola imza atıb. 74-cü dəqiqədə San-Marino Mirko Palazzinin qolu ilə hesab arasındakı fərqi azaldıb.

81-ci dəqiqədə Rəşad Sadıxov cərimə zəribəsində gözəl qol vurub. Bu, matçda sonuncu qol olub - 5:1.

Beləliklə, komandamız C qrupunda 8 oyundan 10 xalla 3-cü pilləyə yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti