...

2017-ci ildə idmançılarmız arasında 471 dopinq testi keçirilib

İdman Materials 27 Dekabr 2017 16:03 (UTC +04:00)
Bu il Azərbaycan idmançıları arasında 471 dopinq testi keçirilib.
2017-ci ildə idmançılarmız arasında 471 dopinq testi keçirilib

Bakı. Elçin Mehdiyev - Trend:

Bu il Azərbaycan idmançıları arasında 471 dopinq testi keçirilib.

Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynli deyib.

Ş.Hüseynli bildirib ki, 2017-ci ildə Azərbaycanda həndbol idmanı üzrə 2, atletika - 2, velosiped - 3, bodibildinq - 3 və ağır atletika üzrə 1 dopinq testi müsbət çıxıb: "Müsbət nəticədən başqa, yoxlamalar zamanı şübhəli nəticə sayılan atipik nəticə də olub. Bodibildinq idman növündə bu cür bir hala rast gəlinib”.

Qurumun rəhbəri qeyd edib ki, Milli Antidopinq Proqramı çərçivəsində 2017-ci ildə ümumilikdə 471 test keçirilib: “Bunlardan 278-i yarışdan kənar müddətdə (57 qan və 221 sidik nümunəsi), 193-ü yarış müddətində edilib. Əlavə olaraq, 12 idmançının bioloji pasportu yaradılıb. İdmançının bioloji pasportu 12 ay ərzində idmançıdan azı 3 dəfə dopinq testinin götürülməsi deməkdir".

Onun sözlərinə görə, Milli Proqramdan kənar beynəlxalq federasiyalar tərəfindən müraciətlər olur və onların müraciətləri əsasında Agentlik test keçirir: "2017-ci ildə ümumilikdə 207 test sifariş olunub və bunlardan 167-i yarış müddətində, 40-ı yarışdan kənar təşkil edilib. 6 futbol oyunu zamanı 27 test, eyni zamanda, oyundan kənar 21 test keçirilib. Bütün bu testlərin keçirilməsi üçün 93 missiya tələb olunub. Bu missiyalar 471 test, 334 idmançı, 22 idman növü və 3 paralimpiya idman növünü əhatə edib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti