...

AÇ-2018: İki güləşçimiz bürünc medal qazandı

İdman Materials 7 İyun 2018 09:47 (UTC +04:00)
Türkiyənin İstanbul şəhərində güləş üzrə U-23 Avropa çempionatı keçirilir.
AÇ-2018: İki güləşçimiz bürünc medal qazandı

Bakı. Trend:

Türkiyənin İstanbul şəhərində güləş üzrə U-23 Avropa çempionatı keçirilir.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, ikinci yarış günündə 60, 67, 72, 82 və 97 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulub. Güləşçilərimiz günü 2 bürünc medalla başa vurub.

Murad Məmmədov (60 kq) və Kərim Cəfərov (67 kq) hərəyə bir görüş, Eltun Vəzirzadə (82 kq) isə 2 görüşü qələbə ilə başa vursa da, 1/4 finalda məğlub olub. Rəqiblərin finala yüksəlməsi ilə güləşçilərimiz təsəlliverici görüşlərə qatılıb. Hər üç güləşçimiz təsəlliverici görüşləri qələbə ilə tamamlayaraq bürünc medal görüşünə haqq qazanıb.

Murad Məmmədov (60 kq) və Eltun Vəzirzadə (82 kq) həlledici görüşdə qələbə qazanaraq çempionatın bürünc medalına sahib olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti