Bakı. Trend:
Braziliyanın əfsanəvi futbolçusu Pelenin dünya çempionatının açılışı ilə əlaqədar Rusiyaya gəlməsi sual altındadır.
Trend-in məlumatına görə, bunu Braziliya Futbol Konfederasiyasının vitse-prezidenti Fernando Sarni deyib.
Qeyd olunur ki, Pele çempionatın açılışından öncə Moskva Dövlət Universitetinin tələbələri ilə görüşməli imiş, lakin səhhəti ilə əlaqədar o, Rusiyaya səfərini təxirə salıb.
Futbol kralının açılış matçına gəlib-gəlməyəcəyi yaxın saatlarda məlum olacaq.