...

Azərbaycanlı gimnast: Milli Gimnastika Arenasında çıxış etməkdən çox xoşum gəldi

İdman Materials 18 Avqust 2018 18:33 (UTC +04:00)
Milli Gimnastika Arenasında çıxış etməkdən çox xoşum gəldi
Azərbaycanlı gimnast: Milli Gimnastika Arenasında çıxış etməkdən çox xoşum gəldi

Bakı. Trend:

Milli Gimnastika Arenasında çıxış etməkdən çox xoşum gəldi.

Bu barədə Trend-ə "GymBala" bədii gimnastika üzrə beynəlxalq turnirində 2012-ci il təvəllüdlü gimnastlar arasında sərbəst hərəkətlərdə 3-cü yeri tutan "Ocaq Sport" klubunun üzvü Banu Ağazadə bildirib.

B.Ağazadə deyib: "Milli Gimnastika Arenasında çıxış etməkdən çox xoşum gəldi. Arenanın zalının çox böyük olmasına baxmayaraq, mənə heç qorxulu deyilidi. Gimnastika ilə məşğul olmağa davam edəcəyəm, ilk yerləri tutmaq üçün çoxlu məşq edəcəyəm".

Qeyd edək ki, avqustun 18-i Milli Gimnastiak Arenasında "GymBala" bədii gimnastika üzrə beynəlxalq turniri start götürüb.

Beynəlxalq turnir avqustun 19-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti