...

Şahmatçılarımız üç lövhədə medal qazandı (FOTO)

İdman Materials 6 Oktyabr 2018 13:20 (UTC +04:00)
Batumidə təşkil edilən Ümumdünya Şahmat Olimpiadasına yekun vurulub
Şahmatçılarımız üç lövhədə medal qazandı (FOTO)

Bakı. Trend:

Batumidə təşkil edilən Ümumdünya Şahmat Olimpiadasına yekun vurulub.

Trend-in məlumatına görə, kişi və qadın şahmatçılardan ibarət Azərbaycan yığma komandaları mükafatçılar sırasında yer almayıb. Üç şahmatçımız öz lövhəsində göstərdiyi nəticələrə görə medallara layiq görülüb.

Kişi şahmatçılardan ibarət milli komandada ikinci lövhədə çıxış edən Teymur Rəcəbov və dördüncü lövhədə mübarizə aparan Rauf Məmmədov bürünc medal qazanıb. Qadınlardan ibarət millidə isə üçüncü lövhədə yarışan Xanım Balacayeva ən yüksək nəticəylə qızıl medal əldə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti