Bakı. Trend:
UEFA Çempionlar Liqasının "pley-off" mərhələsinin bütün iştirakçıları məlum olub.
Trend-in məlumatına görə, 1/8 finala "Tottenhem", "Liverpul", "Mançester Siti", "Mançester Yunayted", "Borussiya", Şalke 04", "Bavariya", "Atletiko", "Barselona", "Real Madrid", PSJ, "Lion", "Roma", "Yuventus", "Portu", "Ayaks" komandaları yüksəlib.
Qruplarda 3-cü yerdə qərarlaşan 8 komanda isə mübarizəni Avropa Liqasını 1/16 final mərələsində davam etdirəcək. Onlar "İnter", "Napoli", "Brügge", "Qalatasaray", "Benfika", "Şaxtyor", "Viktoria Plzen" və "Valensiya"dır.
Çempionlar Liqasının 1/8 final və avropa Liqasının 1/16 final mərhələlərin püşkatması dekabrın 17-də baş tutacaq.