...

Bakıda qadın gimnastlar arasında müxtəlif hündürlüklü qollar üzrə yarışın qalibləri müəyyənləşib

İdman Materials 16 Mart 2019 13:58 (UTC +04:00)
Bakıda qadın gimnastlar arasında müxtəlif hündürlüklü qollar üzrə yarışın qalibləri müəyyənləşib.
Bakıda qadın gimnastlar arasında müxtəlif hündürlüklü qollar üzrə yarışın qalibləri müəyyənləşib

Bakı. Trend:

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda qadınlar arasında müxtəlif hündürlüklü qollarda hərəkətlərin yekunu üzrə qaliblər müəyyənləşib.

Trend-in məlumatına görə, çinli idmançı Ciaqi Lyu 14.266 balla yarışın qalibi olub.

Rusiyalı Anastasiya İliankova ikinci (14.133), Avstraliya gimnastı Corciya-Rouz Braun isə üçüncü yeri (13.566) tutub.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku keçirilir.

Martın 17-nə qədər davam edəcək turnir Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnast mübarizə aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti