...

"Liverpul" ÇL-nın ilk 1/4 final qarşılaşmasında "Porto"nun qapısından 2 cavabsız qol keçirib

İdman Materials 10 Aprel 2019 01:20 (UTC +04:00)
"Liverpul" futbol klubu UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində "Porto" komandasını qəbul edib.
"Liverpul" ÇL-nın ilk 1/4 final qarşılaşmasında "Porto"nun qapısından 2 cavabsız qol keçirib

Bakı. Trend:

"Liverpul" futbol klubu UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində "Porto" komandasını qəbul edib.

Trend-in məlumatına görə, "Enfild" stadionunda keçirilən oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Nabi Keyta (5-ci dəqiqə) və Roberto Firmino (26-cı dəqiqə) vurublar.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması aprelin 17-də Portuqaliyada keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti