...

Bakıda bədii gimnastika üzrə Avropa Çempionatında təbəssümlər, pozitiv və yaxşı əhval-ruhiyyə (FOTO)

İdman Materials 17 May 2019 02:07 (UTC +04:00)
Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 35-ci Avropa Çempionatı keçirilir
Bakıda bədii gimnastika üzrə Avropa Çempionatında təbəssümlər, pozitiv və yaxşı əhval-ruhiyyə (FOTO)

Bakı. Cani Babyeva - Trend:

Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 35-ci Avropa Çempionatı keçirilir.

Trend-in məlumatına görə, yarışlar bədii gimnastika azarkeşləri üçün əsl bayramdır. Çempionatın tamaşaçıları böyük məmnuniyyətlə gimnastların parlaq və baxımlı çıxışlarını izləyirlər.

Bundan əlavə, Luici adlı meymun - maskot tamaşaçılara və gimnastlara təbəssüm, pozitiv və yaxşı əhval-ruhiyyə bəxş edir. Meymun Luici tamaşaçıları interaktiv çıxışları ilə sevindirir.

Qeyd edək ki, meymun Luicinin obrazını iki professional aktyor canlandırır - Skott Hesinqton və Berri Anderson.

Xatırladaq ki, ötən gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 35-ci Avropa Çempionatı start götürüb.

16-19 may tarixlərində keçiriləcək bu çempionatda fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edəcəklər.

Yarışların ilk gününə gənclərdən ibarət qrup hərəkətləri komandalarının çıxışları ilə başlanılacaq. 17 may tarixində isə yalnız böyük gimnastlar xalça üzərində öz güclərini sınayacaqlar. Çempionatın 3-cü günü artıq komanda hesabında (böyük gimnastlar və gənc komandaların ortaq xalları əsasında) və qrup komandalarının çoxnövçülük yarışlarında qaliblərin adları açıqlanacaq. Və turnirin son günü ayrı-ayrı alətlər üzrə Avropanın ən yaxşı gimnastlarının adları məlum olacaq.

Çempionatda 35 ölkədən gimnastların iştirakı gözlənilir.

Azərbaycanı Avropa çempionatında yeniyetmələr arasında Nəzrin Cəfərzadə, Eleonora Yusifova, Ləman Əlimuradova, Fəridə Səfiyarzadə, Mədinə Əsədova, Selcan Hacızadə, Milana Əkbərovadan ibarət komanda təmsil edir.

Xəbər lenti

Xəbər lenti