...

İrina Deryugina: Biz Azərbaycan Gimnastika Federasiyası ilə dostluq edirik

İdman Materials 16 May 2019 23:07 (UTC +04:00)
Biz Azərbaycanı çox sevirik, sizdə çox gözəl imkanlar var
İrina Deryugina: Biz Azərbaycan Gimnastika Federasiyası ilə dostluq edirik

Bakı. Cani Babayeva - Trend:

Biz Azərbaycanı çox sevirik, sizdə çox gözəl imkanlar var.

Bunu Trend-ə Ukrayna Gimnasitika Federasiyasının vitse-prezidenti, bədii gimnastika üzrə Ukrayna yığmasının baş məşqçisi İrina Deryugina deyib.

İ.Deryugina bildirib: "Biz Azərbaycan Gimnastika Federasiyası ilə dostluq edirik və gələcəkdə yaxşı əməkdaşlığa ümid edirik. Hələ Bakıya Dünya Çempionatına da gələcəyik".

Ukrayna yığmasının Bakıda keçirilən Avropa Çempionatına olan planlarından danışan baş məşqçi qeyd edib ki, onlar ən yüksək nəticələri hədəf götürüblər".

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 35-ci Avropa Çempionatı start götürüb.

16-19 may tarixlərində keçiriləcək bu çempionatda fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edəcəklər.

Yarışların ilk gününə gənclərdən ibarət qrup hərəkətləri komandalarının çıxışları ilə başlanılacaq. 17 may tarixində isə yalnız böyük gimnastlar xalça üzərində öz güclərini sınayacaqlar. Çempionatın 3-cü günü artıq komanda hesabında (böyük gimnastlar və gənc komandaların ortaq xalları əsasında) və qrup komandalarının çoxnövçülük yarışlarında qaliblərin adları açıqlanacaq. Və turnirin son günü ayrı-ayrı alətlər üzrə Avropanın ən yaxşı gimnastlarının adları məlum olacaq.

Çempionatda 35 ölkədən gimnastların iştirakı gözlənilir.

Azərbaycanı Avropa çempionatında yeniyetmələr arasında Nəzrin Cəfərzadə, Eleonora Yusifova, Ləman Əlimuradova, Fəridə Səfiyarzadə, Mədinə Əsədova, Selcan Hacızadə, Milana Əkbərovadan ibarət komanda təmsil edir.

Xəbər lenti

Xəbər lenti