...

Seria A turnirinin İstanbul mərhələsində gümüş medal

İdman Materials 20 May 2019 01:47 (UTC +04:00)
Qadınlardan ibarət milli komandanın lideri İrina Zaretska (-68 kq) İstanbulda Karate1 Seria A turnirinin gümüş medalını qazanıb
Seria A turnirinin İstanbul mərhələsində gümüş medal

Trend-i buradan izləyin

Bakı. Trend:

Qadınlardan ibarət milli komandanın lideri İrina Zaretska (-68 kq) İstanbulda Karate1 Seria A turnirinin gümüş medalını qazanıb.

Azərbaycan Milli Karete Federasiyasından Trend-ə verilən məlumata görə, Marina Rakoviçlə (Monteneqro) final görüşü rəqibin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Rafael Ağayev (-75 kq) isə bir-birinin ardınca iki döyüşdə aldığı zədələr səbəbindən 5-ci görüşü yarımçıq dayandırmalı olub.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov fərqlənən idmançıların mükafatlandırma mərasimində iştirak edib. Mötəbər turnirində 102 ölkədən 1813 karateçi iştirak edib.

Milli komandanı iyunun əvvəli Çinin Şanxay şəhərində Premyer Liqa turniri gözləyir.

Xəbər lenti

Xəbər lenti