...

Əliş Nəzərov ağır atletika üzrə dünya birinciliyində çıxış edib

İdman Materials 6 İyun 2019 14:02 (UTC +04:00)
Ficinin paytaxtı Suvada keçirilən gənclər arasında ağır atletika üzrə dünya çempionatı davam edir.
Əliş Nəzərov ağır atletika üzrə dünya birinciliyində çıxış edib

Bakı. Trend:

Ficinin paytaxtı Suvada keçirilən gənclər arasında ağır atletika üzrə dünya çempionatı davam edir.

Ağır Atletika Federasiyasından Trend-ə verilən məlumata görə, 51 ölkədən 311 atletin (161 oğlan və 150 qız) iştirak edəcəyi yarışda Azərbaycan yığma komandasının üzvləri də körpücük üzərinə çıxıblar.

Kişilər arasında mübarizəyə Əliş Nəzərov qoşulub. O, 102 kq çəki dərəcəsində yarışıb. Atletimiz toplam 318 kq (143+175) nəticə ilə 7-ci yeri tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti