...

Minsk-2019: Boksçularımızın rəqibləri dəqiqləşib

İdman Materials 21 İyun 2019 09:30 (UTC +04:00)

Bakı. Trend:

Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarının boks yarışlarının püşkü atılıb.

Trend-in məlumatına görə, iyunun 21-də start götürəcək mötəbər yarışda iştirak edəcək Azərbaycan boksçularının da ilk rəqibləri müəyyənləşib.

Yarışda çıxış edəcək 11 boksçumuzdan səkkizi 1/16, üçü 1/8 finaldan mübarizəyə başlayacaq. Bu idmançılardan onu kişi, biri qadın boksçudur.

Kişilər
21 iyun, 1/16 final
56 kq.
Tayfur Əliyev – Boyan Asenov (Bolqarıstan)
91 kq. Rahil Məmmədli – Radoslav Panteleyev (Bolqarıstan)
+91 kq. Məhəmməd Abdullayev – Petar Belberov (Bolqarıstan)

22 iyun, 1/16 final
60 kq.
Cavid Çələbiyev – Nikola İvkoviç (Bosniya və Herseqovina)
69 kq. Lorenzo Sotomayor – Qurqen Madoyan (Ermənistan)
75 kq. Kamran Şahsuvarlı – Giorgi Harabadze (Gürcüstan)/Miroslav Saviç (Serbiya) cütünün qalibi
81 kq. Alfonso Dominqes – Stepan Hrekul (Ukrayna)

23 iyun, 1/16 final
64 kq.
Bəxtiyar Qazıbəyov – Enriko Kruz (Hollandiya)

1/8 final
49 kq.
Rüfət Hüseynov – David Alaverdian (İsrail)

24 iyun, 1/8 final
52 kq.
Məsud Yusifzadə – Dmitri Zamotayev (Ukrayna)

Qadınlar
24 iyun, 1/8 final
69 kq.
Məryəm Cəbrayılova – Vivyen Budai (Macarıstan)

Qeyd edək ki, ikinci Avropa Oyunları çərçivəsində idmanın 15 növü üzrə medallar uğrunda mübarizə aparılacaq. İdmançılar 200 medal dəsti uğrunda yarışacaqlar. İdmanın 8 növü üzrə yarışlar “Tokio 2020” XXXII Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq. Boks və cüdo yarışları Avropa çempionatları səviyyəsində keçiriləcək. Azərbaycan “Minsk 2019”da 82 idmançı ilə təmsil olunacaq.

Oyunlar zamanı Belarusun paytaxtına 4 mindən çox idmançının, 2 minə yaxın məşqçi və xidmət heyətinin gələcəyi gözlənilir. Onlar Avropanın 50 Milli Olimpiya Komitəsindən olan rəsmi nümayəndə heyətini təmsil edəcəklər. Yarışlar 650 beynəlxalq, 410 yerli hakim tərəfindən idarə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti