...

"Real"ın yeni transferinin halı pisləşdi, konfrans yarımçıq qaldı

İdman Materials 11 İyul 2019 15:25 (UTC +04:00)
"Real"ın yeni transferi Eder Militaonun mətbuat konfransı yarımçıq dayandırılıb.
"Real"ın yeni transferinin halı pisləşdi, konfrans yarımçıq qaldı

Bakı. Trend:

"Real"ın yeni transferi Eder Militaonun mətbuat konfransı yarımçıq dayandırılıb.

Trend-in məlumatına görə, buna braziliyalı müdafiəçinin özünü pis hiss etməsi səbəb olub.

Madriddə tibbi müayinədən keçən 21 yaşlı futbolçu müqavilə imzaladıqdan sonra "Santyaqo Bernabeu" stadionunda azarkeşlərə təqdim edilib. Sonra jurnalistlərin qarşısına çıxan Militao qəfil özünü pis hiss edib. Başı gicəllənən futbolçu mətbuat konfransını yarımçıq saxlayıb və zalı tərk edib.

Qeyd edək ki, "Real" Militaonu 50 milyon avro ödəməklə "Portu"dan alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti